AZ

Aslan Kərimov: Səbail in heç bu qədər azarkeşi yoxdur

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Bu oyunla bağlı həddən artıq söz-söhbətlər dolaşırdı". Bu sözləri Sport24.az-a açıqlamasında Aslan Kərimov deyib.Təcrübəli mütəxəssis II Liqanın 24-cü tur çərçivəsində keçirilən "Şahdağ Qusar" - "Şəfa" oyunu ilə bağlı barədə fikirlərini bölüşüb:"İkinci Liqanın ən sabit oyun sərgiləyən komandaları qarşılaşırdılar. Hətta bu klubların potensialı Birinci Liqada oynamağa imkan verir. Bunu növbəti mövsümdən sübut edəcəklər. Matçın gərgin keçəcəyinə şübhə etmirdim. Bəzi Premyer Liqa klublarının oyunlarından daha çox azarkeş sayının olması bir tərəfdən təəccübləndirir, digər tərəfdən isə sevindirir. Qusarda illərdir futbol yoxdur. Qusarlılar çılğın azarkeşdilər. Əminəm ki, nə vaxtsa bu klubumuz Premyer Liqaya vəsiqə qazanacaq. Həmin zaman daha böyük azarkeş kütləsi görəcəyik. Premyer Liqa klublarından götürsək, "Səbail"in heç bu qədər azarkeşi yoxdur. "Şəfa" isə əksinə azarkeş kütləsini toplamağı bacarıb. Təbii ki, bu klub rəhbərliyinin keyfiyyətli işlər görməsindən qaynaqlanır".

Qeyd edək ki, ötən bazar günü baş tutan görüş qosuz başa çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
icma.az

1Mənbələr