AZ

Hakan Fidan Aİ XİN başçılarının qeyri-rəsmi toplantısında iştirak edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, mayın 8-i Varşavada keçiriləcək toplantıda Türkiyənin Aİ-yə üzvlük prosesi və qitə təhlükəsizliyi məsələləri müzakirə predmeti olacaq.

Toplantı ilə bağlı səfər çərçivəsində Hakan Fidanın ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.

Seçilən
0
report.az

1Mənbələr