AZ

Gələn ay vizasız Rusiyaya gələn xarici vətəndaşlar üçün yeni qaydalar qüvvəyə minəcək


İyunun 30-dan Rusiyada vizasız rejim əsasında bu ölkəyə gələn xarici vətəndaşlar üçün yenilənmiş rəqəmsal qeydiyyat sistemi qüvvəyə minəcək. Yeni prosedura əsasən, onlar “Dövlət Xidmətləri RuID” portalı vasitəsilə əvvəlcədən xüsusi QR kodu əldə etməlidirlər.

Belə ki, əcnəbilər ölkəyə girişə azı üç gün qalmış rəqəmsal identifikasiyadan keçməlidir: şəxsi məlumatları, səyahət məqsədi, marşrutu və Rusiyada qalma ünvanını daxil etməli, həmçinin foto və sənədlərin skanını yükləməlidir. Fövqəladə hallarda (qohumun xəstəliyi və ya ölümü) girişdən dörd saat əvvəl qeydiyyata icazə verilir. Ərizə 90 gün ərzində etibarlıdır. Alınan QR kodu sərhəd nəzarətindən keçərkən təqdim olunur.

Mətləb

Seçilən
0
baki-xeber.com

1Mənbələr