AZ

“İran-ABŞ danışıqlarının növbəti raundu bu həftəsonu keçirilə bilər” - Trampın xüsusi nümayəndəsi

“Tehran-Vaşinqton danışıqlarının dördüncü raundu bu həftəsonu keçirilə bilər”.

Missiya.Az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkov “Axios”a müsahibəsi zamanı məlumat verib.

O bildirib ki, İranla danışıqların dördüncü raundu baş tutmasa, buna səbəb ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqə səfəri olacaq. 

Qeyd edək ki, KİV-də yayılan məlumatlara görə, bu həftənin sonunda keçirilməsi gözlənilən ABŞ-İran danışıqlarının dördüncü raundu təxirə salınıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
0
missiya.az

1Mənbələr