AZ

Ermənistanın müdafiə naziri yunanıstanlı həmkarı ilə görüşüb

Ermənistanın müdafiə naziri Suren Papikyan Mayın 6-da Yunanıstana işgüzar səfəri çərçivəsində bu ölkənin milli müdafiə naziri Nikos Dendias ilə görüşüb.

Herbiand.az bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat verib.

Görüş zamanı Ermənistan və Yunanıstan arasında müdafiə sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.

Tərəflər əməkdaşlığın hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə edərək, hərbi təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, müxtəlif istiqamətlərdə və digər sahələrdə təcrübə mübadiləsinin aparılmasına hazır olduqlarını vurğulayıblar.

Görüş zamanı regional və beynəlxalq təhlükəsizlik məsələləri də müzakirə edilib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
0
herbiand.az

1Mənbələr