“Üç illik durğunluqdan sonra Azərbaycanla iqtisadi əlaqələr canlanma əlamətlərini göstərir”.
Tribunainfo.az xəbər verir ki, bu sözləri İranın yollar və şəhərsalma nazirinin baş müşaviri Amin Tarafo deyib.
O bildirib ki, Azərbaycan Prezidenti ilə müzakirələr zamanı iranlı nazirin təqdim etdiyi İran-Azərbaycan-Gürcüstan tranzit dəhlizinin yaradılması təklifi irəliyə doğru daha bir addım idi. “Bu təşəbbüs Azərbaycan rəsmiləri arasında böyük dəstək qazandı. Nazirin səyləri İran, Azərbaycan və Gürcüstanın TRACECA-ya birgə üzvlüyünə uyğundur”.
Fərda Uğur