AZ

BMT TŞ Pakistan və Hindistanı hərbi münaqişələrdən çəkinməyə çağırıb

BMT Təhlükəsizlik Şurası Pakistan və Hindistanı hərbi münaqişələrdən çəkinməyə və danışıqlar aparmağa çağırıb.

“Report” xəbər verir ki, bu barədə xarici KİV-lər Pakistan XİN-dəki mənbəyə istinadən məlumat yayıb.

"Onlar gərginliyi azaltmaq və hərbi qarşıdurmadan qaçmaq, məsələni sülh yolu ilə həll etmək üçün dialoq və diplomatiyaya çağırıblar", - o qeyd edib.

Bazar ertəsi BMT-nin Nyu-Yorkdakı qərargahında bu məsələnin müzakirəsinə həsr olunmuş qapalı iclas keçirilib. BMT-nin baş katibi Antonio Quterriş tərəflərin hərbi qarşıdurmadan çəkinməsinin vacibliyini vurğulayıb.

Hazırda Pakistan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür, Hindistan isə bu quruma daxil olmasa da, digər üzvlərlə danışıqlar aparır.

Seçilən
0
2
report.az

10Mənbələr