AZ

Fələstin tərəfdarları Vaşinqton Universitetinin binasını ələ keçiriblər

Fələstin tərəfdarı olan bir qrup etirazçı Sietl şəhərində Vaşinqton Universitetinin akademik binalarından birini ələ keçirib.

Herbiand.az xəbər verir ki, bu barədə təhsil müəssisəsinin nümayəndələrinə istinadən ABC News məlumat yayıb.

Onların sözlərinə görə, bazar ertəsi yerli vaxtla saat 17:00-da onlarla adam universitetin binasını ələ keçirib. Etirazçılar girişləri bağlayırlar. Hadisə yerinə polis gəlib.

Telekanalın qeyd etdiyi kimi, aksiyanı “Fələstin Bərabərliyi və Qayıdışını Müdafiə edən Tələbələr Birliyi” adlı bir qrup fəal təşkil edib. Onun nümayəndəsi ABC News-a bildirib ki, etirazçılar universitetdən İsraili silahla təchiz edən Amerika təyyarə istehsalçısı “Boeing” ilə əlaqələri kəsməyi və onun təhsil prosesinə təsirini aradan qaldırmağı tələb edirlər.

Seçilən
0
2
herbiand.az

4Mənbələr