AZ

Arsen Venger avrokubokların cari nizamnaməsi ilə razı deyil

Məşhur fransız mütəxəssis, “Arsenal”ın keçmiş baş məşqçisi Arsen Venger avrokubokların cari nizamnaməsi ilə razı deyil.

Arena.az “BeIN Sports” dərgisinə istinadən məlumat verir ki, 75 yaşlı mütəxəssisin razılaşmadığı müəyyən məqam var.

Arsen Venger hesab edir ki, Avropa Liqasının qalibi növbəti mövsümdə, cari nizamnamədə nəzərədə tutulduğu kimi Çempionlar Liqasında deyil, elə, qalibi olduğu yarışda çıxış etməlidir:

– Avropa Liqasının qalibinin Çempionlar Liqasına dərhal vəsiqə qazanması düzgündürmü?
– Xeyr. Onlar dərhal Avopa Liqasına düşməlidirlər, Çempionlar Liqasına yox. Xüsusilə, əgər söhbət yarışda artıq, beş komanda ilə təmsil ediləcək İngiltərə Premyer Liqasından gedirsə.
Düşünürəm ki, UEFA müvafiq məsələni baxışdan keçirməlidir. Digər tərəfdən, sizə deyəcəklər ki, bütün bunlar, Avropa Liqasının maraqlı və əhəmiyyətli olması üçün təsis edilib.

Xatırladaq ki, Avropa Liqasının cari mövsümü artıq yarımfinal mərhələsinə yetişib. Müvafiq mərhələnin ilk oyunları baş tutub. Yarışın qalibi adına iki əsas namizəd – “Atletik” və “Mançester Yunayted”in Bilbaodakı mübarizəsi “qırmızı şeytanlar”ın gözlənilmədən böyükhesablı qələbəsi ilə başa çatıb – 3:0. Digər yarımfinal cütündə isə “Tottenhem” evdə “Bodo Qlimt”i məğlub edib – 3:1.

Əlavə edək ki, Çempionlar Liqasının nəhəng kölgəsində, UEFA-nın təsis etdiyi Avropa Liqasına və Konfrans Liqasına maraq ürəkaçan dərəcədə deyil. Odur ki, UEFA, Avropa Liqasının qalibinə Çempionlar Liqasında iştiraka vəsiqə veməklə, yarışa marağı saxlamağa çalışır. Eyni tədbir Konfrans Liqasında da tətbiq edilir, yarışın qalibi səviyyəcə daha yüksək olan Avropa Liqasında iştirak hüququ qazanır.

Seçilən
0
arena.az

1Mənbələr