ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Roma, 6 may, AZƏRTAC
İtaliyanın Veneto bölgəsində hökm sürən əlverişsiz hava şəraiti fəsadlar törədib.
AZƏRTAC xəbər verir ki, aramsız leysan yağışları çayları məcrasından çıxarıb, evləri, küçələri, iş yerlərini su basıb.
Daşqın infrastruktura ziyan vurub, avtomagistrallar nəqliyyatın hərəkətinə bağlanıb. Mülki müdafiə qüvvələri suyun səviyyəsinin yüksəlməsi nəticəsində avtomobillərdə köməksiz qalan 15 nəfəri xilas ediblər.
Bəzi bölgələrdə fırtına ağacları və reklam lövhələrini aşırıb, binaların dam örtüklərini qoparıb, avtomobillərə ziyan vurub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.