AZ

Çin XİN: “ABŞ Çini təhdid etməyi dayandırmalıdır”

Əgər ABŞ həqiqətən də Çinlə dialoq qurmaq istəyirsə, təhdid və təzyiq taktikasından əl çəkməlidir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lin Jian, ABŞ prezidenti Donald Trampın Çin məhsullarına tətbiq edilən vergilərin azaldıla biləcəyi ilə bağlı bəyanatında deyib.

"Əgər ABŞ həqiqətən də problemi dialoq və danışıqlar yolu ilə həll etmək istəyirsə, təhdid və təzyiqlərdən əl çəkməli və Çinlə bərabərlik və qarşılıqlı hörmət əsasında dialoq aparmalıdır",- deyə o qeyd edib.

Tramp daha əvvəl bildirib ki, nə vaxtsa Çinə idxal tariflərini azaldacaq. Çünki bu addım atılmadıqca Vaşinqton və Pekinin bir-biri ilə iş görməsi mümkün olmayacaq.

Seçilən
0
operativmm.az

1Mənbələr