Bakı. Trend:
Bu ilin yanvar-ferval aylarında Azərbaycana Rusiyadan 2 min tonbitumlaşmış kömür idxal edilib.
Trend bu barədəDövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu miqdarda məhsul idxalına çəkilən xərc 452 minABŞ dolları olub.
Rusiyadan bitumlaşmış kömür idxalı ötən ilin eyni dövrü iləmüqayisədə miqdar ifadəsi ilə 556 ton və ya 21,9%, dəyər ifadəsiilə 139 min ABŞ dolları, yaxud da 23,5% azalıb. Belə ki, 2024-cüilin ilk iki ayında Azərbaycana Rusiyadan 2,5 min ton miqdarında,591 min ABŞ dolları dəyərində bitumlaşmış kömür idxaledilmişdi.
Qeyd edək ki, ötən il ərzində Azərbaycana Rusiyadan 17,7 min tonmiqdarında, 3,1 milyon ABŞ dolları dəyərində bitumlaşmış kömüridxal edilib.