Kazanda mayın 9-dan spirtli içkilərin satışına qadağa qoyub.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, müvafiq sərəncamı Tatarıstan Respublikasının Baş naziri Aleksey Pesoşin imzalayıb.
Spirtli içkilərin satışına qadağaya şəhərin mərkəzi, Qələbə parkı, Kazan Ailə Mərkəzinin yaxınlığındakı park, bir neçə meydan və digər yerlər daxildir.
Tatarıstan Respublikası Dövlət Alkoqol Müfəttişliyinin rəisi Rustem Arslanov bildirib ki, tətbiq edilən məhdudiyyətlər ictimai iaşə obyektlərinə şamil edilmir.
“Dövlət Alkoqol Müfəttişliyinin əməkdaşları, Tatarıstan Respublikası Daxili İşlər Nazirliyinin bölmələri ilə birlikdə bu qadağanın icrasına nəzarət edəcəklər”, - deyə, Arslanov bildirib.