“Köln”ün hücumçusu Mark Ut bu mövsümün sonunda karyerasını başa vuracaq.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, 33 yaşında futbolla vidalaşmağa qərar verib. Ut bu mövsüm 2-ci Bundesliqa təmsilçisinin heyətində 10 oyun keçirib və qol vurmayıb.
Qeyd edək ki, “Köln”ün yetirməsi olan forvard “Heerenven”, “Herakles”, “Hoffenhaym” və “Şalke”də də çıxış edib.
Ut Almaniya millisində də 1 oyuna çıxıb və 68 dəqiqə meydanda qalıb. Bu, 2018-ci ildə UEFA Millətlər Liqasında Niderlanda qarşı olub.