“Çelsi”də cari mövsümün ən yaxşı futbolçusu bəlli olub.
Sportlife.az xəbər verir ki, bu ada yarımmüdafiəçi Moyzes Kaysedo layiq görülüb.
Səsvermə London klubunun futbolçuları arasında keçirilib. Komanda yoldaşlarının çoxu məhz 23 yaşlı ekvadorlu oyunçuya səs veriblər.
Kaysedo bu mövsüm “Çelsi”də 41 oyun keçirib, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.
İddiaya görə, “zadəganlar” Kaysedoya yeni müqavilə təklif etməyə hazırlaşır.