AZ

Xəzər “yaşıl” enerji dəhlizi CAREC proqramı çərçivəsində gələcəkdə sərhədlərarası elektrik enerjisi ticarəti üçün transformativ imkan yaradır - Yevgeniy Jukov

Milan. Trend:

Xəzər “yaşıl” enerji dəhlizi CAREC proqramı çərçivəsindəgələcəkdə sərhədlərarası elektrik enerjisi ticarəti üçüntransformativ imkan yaradır.

Trend-in Milanaezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Asiya İnkişafBankının Mərkəzi və Qərbi Asiya üzrə departamentinin baş direktoruYevgeniy Jukov AİB-nin 58-ci illik iclası çərçivəsində keçirilən“Trans-Xəzər əlaqəliliyi: Nəqliyyat və enerji dəhlizlərininpotensialının açılması” forumunda çıxışı zamanı bildirib.

“O, Azərbaycanı, Qazaxıstanı və Özbəkistanı birləşdirərəkMərkəzi Asiyanı, Cənubi Qafqazı və Avropanı birləşdirən ‘yaşıl’enerji dəhlizinin yaradılmasını hədəfləyir. Bu dəhliz bərpa olunanenerjinin ixracına və regionda elektrik enerjisi mübadiləsiningenişlənməsinə şərait yaradır”, – deyə o qeyd edib.

Jukov vurğulayıb ki, bu layihə enerji təhlükəsizliyinigücləndirir və iştirakçı ölkələr arasında enerjinin paylanmasınıoptimallaşdırır.

Azərbaycan, Qazaxıstan və Özbəkistan 2024-cü ilin may ayındaXəzər yaşıl enerji dəhlizi layihəsi üzrə Anlaşma Memorandumuimzalayıblar. 2024-cü ilin oktyabrında isə AİB bu layihənidəstəkləmək məqsədilə kiçik-miqyaslı texniki yardım layihəsinitəsdiqləyib və CAREC ölkələrinin nazirlər görüşündə onun icrası iləbağlı Anlaşma Memorandumu imzalayıb.

Seçilən
0
az.trend.az

1Mənbələr