Olaylar.az xəbər verir ki, "Gecə canavarları" motoklubunun üzvləri Çexiyaya gəlib və yerli polis onların hərəkətlərini izləməyə alıb. Onlar II Dünya Müharibəsinin 80 illiyi münasibətilə xatirə məkanlarını ziyarət edirlər. Çexiyanın daxili işlər naziri Vit Rakusan bildirib ki, qanun pozuntusu və ya Rusiya-Ukrayna müharibəsinə dəstək göstərilsə, hüquq-mühafizə orqanları müdaxilə edəcək. 2022-ci ildən rusiyalı üzvlərin Avropa İttifaqına girişi qadağan edilib, ancaq Berlindəki tədbirə yalnız Avropadakı filiallar qatılacaq.Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31