AZ

Kollecdə qalmaqal: Hüquqşünas direktordan şikayətçidir

Son dövrlər Azərbaycanda peşə və orta ixtisas təhsili müəssisələrinə dair artan şikayətlər ictimai narahatlıq doğurmaqdadır. Bu dəfə isə diqqət mərkəzinə Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Qida Sənayesi Kolleci düşüb. Kollecin hüquqşünası Aynurə Muradova rəhbərlik tərəfindən hüquqlarının pozulduğunu iddia edərək aidiyyəti qurumlara etdiyi müraciətlərin nəticəsiz qalmasından şikayətçidir.

Aynurə Muradova “Cebheinfo.az”-a müraciət edərək, kollecin direktoru Sevinc Həmzəyevanın bir sıra qanunsuz addımlar atdığını və bu barədə həm İqtisad Universitetinin rəhbərliyinə, həm də Elm və Təhsil Nazirliyinə, aidiyyəti hüquq-mühafizə orqanlarına dəfələrlə müraciət etdiyini bildirib. Onun sözlərinə görə, müraciətlərə baxılmır və vəziyyət getdikcə daha da gərginləşir:

"Direktor Sevinc Həmzəyevanın qanunsuz əməlləri barədə prokurorluğa, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinə rəsmi şəkildə müraciət etmişəm. Lakin heç bir tədbir görülmür".

Muradovanın iddialarına görə, kollecdə tələbələrin yazılı imtahanlarda kütləvi şəkildə kəsilməsi adi hala çevrilib. Bu, tələbələrin əlavə ödəniş etməsi ilə nəticələnir:

“Tələbələr yazılı imtahanlardan süni şəkildə kəsilir. Bu da onların yenidən 25 faiz əlavə ödəniş etməsi deməkdir. Halbuki təhsil haqqı illik 1000 manat təşkil edir. Bu qədər ödəniş edən tələbəyə bu cür münasibət göstərilməsi qəbuledilməzdir.”

Bundan əlavə, o qeyd edir ki, kollecin daxili maliyyə siyasətində də şəffaflıq yoxdur:

“İşçilərə verilən mükafatlar, yardım faizləri artırılmır. Halbuki kollecin büdcəsinə kifayət qədər vəsait daxil olur. İllik təhsil haqqı 1000 manata çatdırılandan sonra da işçilərin pulunda artımlar olmadı. Kollecin büdcəsindəki vəsaitlər isə dəftərxana xərcləri adı altında silinir”, - deyə, A.Muradova iddia edir.

Muradova qeyd edir ki, məsələni daha yüksək səviyyədə qaldırmaq istəsə də, bu cəhdləri də nəticəsiz qalıb:

“Uzun müddətdir Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun, həmçinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın qəbuluna düşə bilmirəm. Hər dəfə müraciət edirəm, amma qəbul vaxtı gələndə müxtəlif bəhanələrlə görüşlər ləğv edilir”.

Təhsil mütəxəssisləri bildirirlər ki, bu cür halların təhsil müəssisələrində baş verməsi ümumilikdə təhsilin keyfiyyətinə ciddi təsir göstərir. Əgər tələbələrin hüquqları tapdanır, müəllim heyəti ədalətsizliklə qarşılaşırsa və şikayətlərə reaksiya verilmir, bu, sistemin özünün zədələndiyinin göstəricisidir.

“Bu günə qədər dəfələrlə məndən şikayət edib. Prokurorluq orqanları da şikayətlərin əsassız olduğunu ilə bağlı qərar verib. Aynurə Muradova bütün kollektivdən şikayət edir, məndən əvvəlki direktorla da problem yaşayıb. Mənim ona qarşı heç bir şəxsi qərəzim yoxdur”.

QEYD: Aynurə Muradovanın şikayətlərinə Dövlət İqtisad Universiteti, prokurorluq orqanları və digər qurumlardan gələn cavab məktublarının fotolarını təqdim edirik.

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr