AZ

“Kəpəz” Mirça Redniklə bağlı təcili açıqlama yaydı – “sizi inandırırıq ki...”

Mirça Rednikin “Kəpəz”lə maliyyə şərtləri baxımından razılığıa gəldiyini və tezliklə hazırda çalışdırdığı “UTA Arad”dan ayrılıb “sarı-göylər”lə anlaşacağını etiraf etdiyini yazmışdıq.

“Football-plus.az” xəbər verir ki, “Digisport.ro” saytının reportyoru Gəncə təmsilçisinin həqiqətən Redniklə danışıqlar aparıb-aparmadığını dəqiqləşdirmək məqsədilə klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayevdən açıqlama alıb. Onun cavabı:
“Kəpəz”in başqa məşqçi ilə hansısa müzakirəsi olmayıb. Klub rəhbərliyi indikiheyətin işindən razıdı və əməkdaşlığın uzadılmasını istəyir. Sizi inandırırıq ki, “Kəpəz”in hansısa nümayəndəsi cənab Redniklə əlaqə saxlamayıb. Yəqin, adətən, olduğu kimi, klubla birbaşa əlaqəsi olmayan hansısa vasitəçi onunla danışıb”.
KƏNAN BAHADIR
Seçilən
0
1
football-plus.az

2Mənbələr