Portuqaliya millisinin və "Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandes karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə “Ər-Riyad” nəşri məlumat yayıb.
Mənbənin əldə etdiyi məlumata görə, “Əl-Hilal” rəhbərliyi 30 yaşlı futbolçuya təklif göndərib.
Səudiyyə klubu Fernandeslə 3 illik müqavilə imzalamaq istəyir.
"Əl-Hilal" rəhbərliyi portuqaliyalının bütün maliyyə tələblərini qarşılamağa hazırdır.
Qeyd edək ki, Bruno 2020-ci ildən "qırmızı şeytanlar"da çıxış edir. Fernandes bu mövsüm 52 oyun keçirib, 19 qol vurub və 18 məhsuldar ötürmə edib.
"Arsenal" isveçli forvard üçün rəsmi təklif hazırlayıb: 60 milyon
"Real" Alaba ilə bağlı qərar verib
"Sassuolo" "Milan"ın rekordunu qırıb
Millimizin üzvü oynadı, komandası növbəti tura yüksəldi
Ali Koç canlı yayıma çıxacaq: Mourinyo haqqında qərarı...