AZ

XİN başçısı: Fransa Roma Papasının seçilməsi prosesinə müdaxilə etmir

Fransa yeni Roma Papasının seçilməsi prosesinə müdaxilə etmir.

“Report” xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan-Noel Barro RTL radiostansiyasının efirində bildirib.

"Diqqət, feyk xəbər! Biz sabah başlayacaq prosesi, yəni konklavu diqqətlə izləyirik, lakin biz heç bir formada müdaxilə etmirik", - o qeyd edib.

Eyni zamanda, o, yeni Roma Papasının fransız olmasında heç bir problem görmədiyini vurğulayıb.

Daha əvvəl İtaliya KİV-ləri Fransa Prezidenti Emmanuel Makronu yeni pontifikin seçilməsinə təsir göstərməyə çalışmaqda ittiham etmişdi. Şübhələrə səbəb Papa Fransiskin ölümündən sonra Makronun Romada fransız kardinalları və “Sant'Egidio” rəhbəri ilə görüşləri olmuşdu.

Seçilən
0
1
report.az

2Mənbələr