Azərbaycan yığmasının üzvü Nigar Mirzəliyeva Rusiya çempionatında VIII turunun rəmzi komandasına düşüb.

Offsideplus.az xəbər verir ki, o, "Rubin"lə matçda əla performansla yadda qalıb.

"Zenit"də çıxış edən 23 yaşlı futbolçu Kazan təmsilçisi ilə görüşdə möhtəşəm pas verib. Onun uzun mənzilli ötürməsi sonda qol gətirib.

Həmin anları sizə təqdim edirik: