AZ

Bakı Limanında yükaşırımı yüksəlib

ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycan Dəmir Yolları” QSC-nin XQ-yə verilən məlumatında bu ilin I rübündə Bakı Limanı vasitəsilə 1,9 milyon tondan artıq (2024-cü ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 9 faiz çox) yük aşırıldığı bildirilib. Eyni zamanda, hesabat dövründə 30034 TEU (2024-cü ilin müvafiq dövrünün göstəricisinə nisbətən 16754 TEU və ya 126 faiz çox) konteyner aşırıldığı vurğulanıb.

Məlumatda o da qeyd edilib ki, I rübdə Bakı Limanı vasitəsilə 13711 ədəd təkərli texnika, 7765 ədəd vaqon, 366 min ton quru yük, 377 min ton neft və neft məhsulları aşırılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
icma.az

2Mənbələr