AZ

Rusiyada neonasistlər mənzilə girdilər: Ermənistan vətəndaşını öldürdülər, qızını isə...

Mayın 4-də Rusiya Fövqəladə Hallar Nazirliyi Vsevolojsk şəhərinin Leninqradskaya küçəsindəki evdə yanğın barədə məlumat verib.

Publika.az “Fontanka”ya istinadən bildirir ki, mənzildə 37 yaşlı Ermənistan vətəndaşının meyiti, pəncərələrin altında isə ağır vəziyyətdə olan 24 yaşlı qız tapılıb.

Nəşrin məlumatına görə, həmin gün “Rusiya İcması” hərəkatının neonasistləri mənzilə soxulublar. Bu barədə mənzil sahibinin oğlu məlumat verib.

Onun sözlərinə görə, özlərini polis işçisi kimi təqdim edən naməlum şəxslər mənzilə daxil olmağa cəhd ediblər. Onlar qapını sındırıblar, qurbanın üzərinə qaz vurublar”. Naməlum şəxslər sakinin tanışlarının gizləndiyi otağın qapısını sındırmağa cəhd edib, bundan sonra yanğın başlayıb.

Mənzilin sahibi deyir ki, hadisə yerinə çatanda, “Rusiya İcması”nın simvolları olan qara paltarda və maskalı çoxlu sayda kişi görüb.

Seçilən
0
publika.az

1Mənbələr