"Football-plus.az" xəbər verir ki, bir müddət əvvəl vandallar qızı Cici ilə birgə təsvir olunan mərhum basketbolçunun muralını murdarlayıb və korlayıb. Donçiç divarın bəroa olunması üçün 5 min dollar ayırıb:
“Kobi Los-Ancelesdi. Onun və Cicinin bu şəhər, “Leykers” və şəxsən mənim üçün dəyəri böyükdü. Onların xatirəsini yad etmək üçün hər şey etməyə hazıram”.
Brayant və qızı 2020-ci ildə helikopter qəzasında faciəvi şəkildə həlak olub.