AZ

Port Sudanda partlayış olub

Sudanın paytaxtı Port Sudanda partlayış səsləri eşidilib. Vətəninfo.az xəbər verir ki, AFP müxbiri çərşənbə axşamı səhər saatlarında limanda güclü partlayışın baş verdiyini bildirib. Şahidlər limandakı anbarda partlayış olduğunu açıqlayıb. Həmçinin, şəhərin şimalındakı hərbi bazadan zenit raketlərinin atıldığı bildirilib.

Port Sudan hava limanının rəsmisi isə hava limanına hücum edildiyini və bütün uçuşların dayandırıldığını qeyd edib. Adının açıqlanmasını istəməyən rəsmi deyib: “PUA hava limanının mülki hissəsini hədəf alıb”.

Bu hücumlar münaqişənin intensivləşdiyini göstərir. Qırmızı dəniz sahilindəki şəhər, ordu tərəfindən dəstəklənən hökumətin yerləşdiyi yer olmaqla yanaşı, həm də humanitar yardım, tranzit və diplomatiya mərkəzinə çevrilib.

Bazar günü Sudanın yeganə fəaliyyət göstərən beynəlxalq hava limanının yaxınlığındakı hərbi baza pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Bazar ertəsi isə şəhərdəki yanacaq anbarları hədəf alınıb.

Hərbi mənbələr hücumların Çevik Dəstək Qüvvələri tərəfindən həyata keçirildiyini bildirib.

Seçilən
0
veteninfo.az

1Mənbələr