AZ

® “Azercell” və ADA Universiteti Fondunun tərəfdaşlığı çərçivəsində “TechFront” akademiya-sənaye görüşü keçirilib

“Azercell” və ADA Universiteti Fondunun (ADAF) tərəfdaşlığı ilə “TechFront: Texnologiyanın Sərhədlərini Kəşf Et” mövzusunda Akademiya-Sənaye görüşü baş tutub. Tədbir çərçivəsində süni intellekt, proqram mühəndisliyi və kibertəhlükəsizlik sahələrindəki son tendensiyalar gündəmə gətirilib. Eyni zamanda, tədbir gənc startap və texnologiya mütəxəssislərin bilik mübadiləsi üçün effektiv platforma rolunu oynayıb.

“Risklər və təhlükəsizlik tədbirləri: Gələcəyi necə qoruyaq?” mövzusuna həsr olunmuş paneldə “Azercell”in Məlumat Təhlükəsizliyi və İnsidentlərin İdarə Edilməsi bölməsinin rəhbəri Elnur Quluzadə və Təhlükəsizlik Əməliyyatları Mərkəzinin rəhbəri Samir Fətəliyev forum iştirakçılarını rəqəmsal təhlükəsizlik mədəniyyəti, informasiya sistemlərinin davamlılığı və qabaqlayıcı təhlükəsizlik tədbirləri barədə maarifləndiriblər.

“Gələcəyə baxış: Bizi nə gözləyir?” mövzusunda keçirilən sessiyalarda isə “Azercell”in Data Modelləşdirilməsi üzrə aparıcı mütəxəssisləri Süleyman Süleymanzadə və Elxan Əlizadə süni intellektin sosial və iqtisadi təsirləri, etik aspektləri və tətbiq sahələri ilə bağlı fikir və təcrübələrini bölüşüblər.

Tədbirdə, həmçinin ADA və Corc Vaşinqton Universitetlərinin müəllimləri mövzu ilə bağlı çıxış ediblər. ADA Universitetinin tələbələrindən ibarət startap komandaları isə innovativ layihələrini təqdim ediblər. Forumun sonunda münsiflər heyətinin qərarı ilə “Ən Yaxşı Startap” və “Ən Yaxşı Sual” nominasiyaları üzrə fərqlənən iştirakçılar mükafatlandırılıb.

Seçilən
0
16
azertag.az

10Mənbələr