AZ

“Azərreyl” baş məşqçisi ilə müqaviləni yeniləyib - EKSKLÜZİV

Bakı, 6 may, AZƏRTAC

Kişi voleybolçulardan ibarət “Azərreyl” komandası baş məşqçisi Boris Qrebennikov ilə müqavilə müddətini yeniləyib.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, paytaxt klubu qazaxıstanlı mütəxəssislə sözləşməni daha bir il uzadıb.

66 yaşlı çalışdırıcı 2023-cü ildən “dəmiryolçular”da işləyir.

Qeyd edək ki, “Azərreyl” Boris Qrebennikovun rəhbərliyi altında son iki ildə Azərbaycan Yüksək Liqasının qızıl medallarına sahib çıxıb.

Seçilən
0
2
azertag.az

3Mənbələr