AZ

Azərbaycanda süni intellektlə hazırlanan orfoqrafiya lüğətində 180 min söz toplanıb - RƏSMİ

BAKI, 6 may. TELEQRAF

Türkdilli respublikalar içərisində ilk dəfə Azərbaycanda süni intellektin köməyilə orfoqrafiya lüğəti hazırlanır.

Bunu Teleqraf-ın sorğusuna cavab olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun rəhbəri Nadir Məmmədli deyib.

Onun sözlərinə görə, indiyə qədər bu formatda, bu səpkidə lüğət hazırlanmayıb:

“Bu zamana kimi biz 92 min, 110 min sözlə işləmişik. İndi isə yeni lüğət üçün 180 min söz toplanıb. Təbii ki, bu sözlərin hamısını lüğətə salmaq olmaz, sözlər seçilib, emal edilməlidir. Ona görə də lüğətin nə vaxt hazır olacağını dəqiq demək mümkün deyil.

Hazırda Dilçilik İnstitutunun bir qrup alimi ilə bu işlə məşğuluq, artıq lüğətin quruluşunu təyin etmişik. Türkdilli respublikalar içərisində ilk dəfə bizdə süni intellektin köməyilə belə bir lüğət hazırlanır.

Yeni lüğət üçün sosial şəbəkələrdən topladığımız materialları, “Xalq” qəzeti, “525-ci qəzet”, “Azərbaycan” qəzetlərinin pdf-lərini götürüb sözləri seçmişik, rəqəmsal maşınlar, tezlik sistemi ilə işləmişik”.

Qeyd edək ki, orfoqrafiya və orfoepiya lüğətləri hər beş ildən bir yenilənir və 2025-2026-cı illərdə yeni lüğətlərin nəşr edilməsi nəzərdə tutulub.

Seçilən
0
teleqraf.com

1Mənbələr