AZ

Son dörd ayda DSMF yə 175 minə yaxın vətəndaş müraciəti qeydə alınıb

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 6 may, AZƏRTAC

Bu ilin yanvar-aprel ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 174 623 vətəndaş müraciəti qeydə alınıb.

Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, müraciətlərdən 71 min 464-ü pensiya, 42 min 857-si müavinət, 6 min 123-ü Prezident təqaüdü, 35 min 632-si ünvanlı dövlət sosial yardımı, 4 min 339-u fərdi uçot və sosial sığorta, 693-ü dövlət icbari şəxsi sığorta və 13 min 515-i isə digər istiqamətlərlə bağlı olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr