AZ

Bakıda Dayanıqlı Kənd Təsərrüfatı İnvestisiya Forumu keçiriləcək

Bakı. Trend:

Bakıda Dayanıqlı Kənd Təsərrüfatı İnvestisiya Forumukeçiriləcək.

Trend xəbərverir ki, bu sözləri "Caspian Event Organisers"in rəsmisi BəhruzHidayətzadə bu gün Bakıda 18-ci Azərbaycan Beynəlxalq Kəndtəsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan BeynəlxalqQida Sənayesi “InterFood Azerbaijan” sərgilərinə həsr olunmuşmətbuat konfransında deyib.

O bildirib ki, Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsindəBakı Ekspo Mərkəzində, ümumilikdə 200-dən çox beynəlxalq və yerlinümayəndələr, rəsmi şəxslər və ekspertlərin iştirakı ilə İslamTicarət və İnkişaf Palatasının “Dayanıqlı Kənd Təsərrüfatıİnvestisiya Forumu” keçiriləcək:

"Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Aqrarİnnovasiya Mərkəzi, Azərbaycan Respublikası Sahibkarlar(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vəsərgi təşkilatçılarının dəstəyi ilə keçiriləcək tədbir 14-15 maytarixlərində təşkil ediləcək".

"Forumun müzakirə gündəmində davamlı kənd təsərrüfatınainvestisiya, kənd təsərrüfatında KOB-ların gücləndirilməsi, kəndtəsərrüfatı ticarəti, dəyər zəncirləri və qida bazarları kimimövzular yer alacaq. Tədbir zamanı həmçinin ikitərəfli işgüzar(B2B) görüşlər, eləcə də müxtəlif təlimlər təşkil ediləcəkdir. Buforum Azərbaycanın kənd təsərrüfatı sektoru üzrə beynəlxalqiqtisadi əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsbedir", - deyə o qeyd edib.

Seçilən
0
az.trend.az

1Mənbələr