AZ

Qəzzada ərzaq ehtiyatı tam tükənib - son 19 ayda ən ağır vəziyyət

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Qızıl Aypara Cəmiyyəti Qəzza bölgəsində ərzaq ehtiayatlarının tam tükəndiyini bildirib. Açıqlamada deyilir: " Hazırda anklavda ərzaq ehtiyatı ilə bağlı vəziyyət son 19 aydakı ən ağır vəziyyətdir". 

Qəzza bölgəsindəki bazarlarda və humanitar yardım mərkəzlərində ərzaq ehtiyatları tükənib. Bu barədə Qətərin "Əl Cəzirə" telekanalı Fələstin Qızıl Aypara Cəmiyyətinə istinadla məlumat verib.

Cəmiyyətin hesabatında deyilir: "Fələstin əhalisi dəhşətli aclıq təhlükəsi ilə üzləşib. 1 milyon nəfərdən artıq qaçqın və köçkünün ərzağa olan minimal günlük tələbatı belə ödənilə bilmir". Cəmiyyət öz ehtiyatlarının da tamamilə tükəndiyini bildirib.  

Qızıl Aypara Cəmiyyəti bundan əvvəlki açıqlamasında  Fələstin anklavında heç bir təməl ehtiyac və şəxsi gigiyena vasitələrinin olmadığını, bölgədə müvəqqəti sığınacaqların, brezentlərin və yorğanların tikintisi üçün materialın tükəndiyini, xəstəxanalarda elektrik generatorları üçün yanacaq, tibbi ləvazimat, dərman və ya uşaq qidasının qalmadığını  xəbər vermişdi.

Hürr Tərcüman

 

Seçilən
0
1
hurriyyet.az

2Mənbələr