İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Brunu Fernandeş Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"dan təklif alıb.
"Report"un "Əl-Riyad”a istinadən məlumatına görə, Pro Liqanın son çempionu portuqaliyalı futbolçuya 3 illik müqavilə təklif edib.
"Əl-Hilal"ın nümayəndələri artıq Fernandeşin agentləri ilə əlaqə saxlayıb və istənilən maliyyə tələbini təmin etməyə hazır olduqlarını bildiriblər. Onlar futbolçu ilə razılığa gəldikdən sonra Mançester təmsilçisinə rəsmi təklif göndəriləcək.
Qeyd edək ki, B.Fernandeşin "Mançester Yunayted"lə müqaviləsinin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalı futbolçunun dəyərini 55 milyon avro qiymətləndirir.
30 yaşlı yarımmüdafiəçi bu mövsüm İngiltərə klubunun heyətində bütün turnirlərdə meydana çıxdığı 52 matçda 19 qola və 18 məhsuldar ötürməyə imza atıb.