AZ

“B.Sərdarov Adına Maşınqayırma Zavodu” MMC-nin nizamnamə kapitalı kəskin azaldılıb

“B.Sərdarov Adına Maşınqayırma Zavodu” MMC-nin nizamnamə kapitalı kəskin azaldılıb.

Marja.az xəbər verir ki, MMC-nın 54 min 431 manat olan nizamnamə kapitalının məbləği 54 min 421 manat azaldılaraq 10 manat məbləğində müəyyən edilib.

Xatırladaq ki, 2022-c ilin yazında “B.Sərdarov adına Maşınqayırma Zavodu” törəmə açıq səhmdar cəmiyyətinin (TASC) təşkilati-hüquqi forması dəyişdirilmişdir. Belə ki, “B.Sərdarov adına Maşınqayırma Zavodu”nun təşkilati-hüquqi forması TASC-dən MMC-yə çevrilmişdir. 

"Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 24.12.2001-ci il tarixdə D-3349 nömrəsi ilə dövlət qeydiyyatına alınmış “B.Sərdarov adına Maşınqayırma Zavodu” TASC-nin Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 135 nömrəli, 21 iyul 2022-ci il tarixli sərəncamı ilə təşkilati-hüquqi forması dəyişdirilərək, yenidən təşkil edilməklə “B.Sərdarov adına Maşınqayırma Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) çevrilmiş və nizamnamə kapitalı 16 milyon 61 min manat həcmində müəyyən edilmişdir",- zavodun məlumatında bildirilmişdi.

2022-ci ildə “B.Sərdarov adına Maşınqayırma Zavodu”nun nizamnamə kapitalı 4 milyon 205 min 622 manat artırılmışdı. Həmin vaxtadək  zavodun nizamnamə kapitalı 11 milyon 855 min 378 manat idi.

“B.Sərdarov adına Maşınqayırma Zavodu” dağ-mədən çıxarma, neftçıxarma sənayesi avadanlıqlarının istehsalı ilə məşğul olur. 

Seçilən
0
marja.az

1Mənbələr