AZ

Tarixi abidəni parkinqə çevirən sürücü

ain.az bildirir, Azpost portalına istinadən.

Paytaxtın Səbail rayonu, Neftçilər prospekti Bakının tarixi incisi sayılan Qız qalasının yanında dayanma-durma qaydalarını pozan sürücü görüntülənib.

AzPost xəbər verir ki, bu barədə oxuculardan biri foto göndərib. Belə ki, 90-FF-107 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobilin sürücüsü düz qız qalasının divarlarının yanında avtomobili saxlayıb.

Qeyd edək ki, İçərişəhərdə yaşayan sakinlər vaxtaşırı bu ərazilərdə maşın saxlayır. Lakin turistlərin olduğu, həmçinin tarixi abidələrin yerləşdiyi əraziyə avtomobil ilə daxil olmaq, ən pisi isə orda maşın park etmək həm qanunvericikliklə, həm də etik cəhətdən doğru deyil. 

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
icma.az

1Mənbələr