AZ

Yataqda kişini bıçaqlayan 18 yaşlı qızın işi: "Dedi ki, mənimlə zorla cinsi əlaqədə olmaq istəyib"- MƏHKƏMƏ

Bakıda sevgilisinə yatdığı yerdə ağır xəsarətlər yetirməkdə təqsirləndirilən 18 yaşlı Səbinə Vəliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Tamerlan Əvəz oğlu ifadə verib.

O, təqsirləndirilən şəxsin tanısa da, zərərçəkmiş Fərid Hüseyzadəni tanımayıb: "Səbinəni kafedə ofisiant işləyəndə tanıyıb. Cinayəti törədən sonra yanıma gəlib, amma cinayəti tərətməsindənmzəbərim olmayıb. Dedi ki, mənimlə zorla cinsi əlaqədə olmaq istəyib, bu da razı olmayıb. Buna görə də Fərid onu döyüb. Buna görə də aralarında mübahisə yaranıb. Mübahisə zamanı onu vurub. Mənə hadisəsi Səbinənin özü danışıb".

Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsindəqeyd edib ki,Səbinə Vəliyeva düşüncə baxımından oğru aləminə yaxın adam olub. Onun sözlərinə görə, Fəridi vurduğunu desə də, o, buna əvvəlcə inanmayıb.

Məhkəmə prosesə gəlımətən şahidlərin barəsində məcburi gətirilmə haqqında qərar qəbul edib. Hakim bildirib ki, həmin şahidlərin məhkəməyə gəlməsinin təmin olunması üçün qərar müvafiq polis orqanlarına göndəriləcək.

İttihama görə, Səbinə Vəliyeva ailəsindən xəbərsiz yaşadığı rayondan Bakıya gələrək tanış olduğu Fərid Hüseynzadə ilə görüşüb. Onlar Suraxanı rayonunun ərazisində mənzil kirayəyə götürərək qeyri-rəsmi yaşayıblar.

Təqsirləndirilənin istintaqa ifadəsindən məlum olub ki, Səbinə Vəliyeva sevgilisini bıçaqlamasının səbəbini özünün təhqir olunması ilə əsaslandırıb. Onlar 2024-cü ilin yanvarın 23-də kirayədə yaşadıqları mənzildə şam yeməyi zamanı qəbul etdikləri spirtli içkidən sonra sərxoş olublar. Səbinə Vəliyeva səhər yuxudan ayılarkən özünü çarpayıda çılpaq vəziyyətdə görərək bundan hiddətlənib. Çarpayıda yatan Fərid Hüseynzadəyə bıçaqla zərbələr endirərək ona ağır xəsarətlər yetirib.
S.Vəliyevaya qarşı Cinayət Məcəlləsinin 29 (Cinayət etməyə cəhd), 120.2.2 (Xuliqanlıq niyyəti ilə adamöldürmə) və 120.2.9-cu (Təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adamöldürmə) maddələri ilə cinayət işi açılaraq ona ittiham irəli sürülüb.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr