Bakı.Trend:
"Bolt" xidmətin keyfiyyətini təkmilləşdirmək və xidmətsəviyyələrini mövcud resurslara daha da uyğunlaşdırmaq məqsədiləavtomobillərin kateqoriyalar üzrə bölgüsünü yenidən tərtibedib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq "Bolt" şirkətindənməlumat verilib.
Bildirilib ki, yeni bölgü daha ədalətli və məntiqli olmaqlayanaşı, müştərilərə göstərilən xidmətin keyfiyyətini nəzərəçarpacaqdərəcədə artıracaq.
"Bu yeniliklər ilk dövrlərdə müəyyən sayda tərəfdaşlara vəsürücülərə mənfi təsir göstərirmiş kimi təəssürat bağışlasa dauzunmüddətdə hər bir subyektin gəlirinin onların gördüyü işinhəcminə uzlaşacağı proqnozlaşdırılır. Bunu nəzərə alaraqdəyişikliklərin sürücülər və partnyor avtoparklar tərəfindən müsbətqarşılanacağına inanırıq. Avtomobillərin yenidən kateqoriyalarabölünməsi çərçivəsində, Comfort və Comfort+ kateqoriyalarıbirləşdirilərək daha səmərəli və işlək bir təsnifatlandırılmaaparılıb.
Bundan əlavə, "Bolt"un veb saytında yenidən təsnifatlandırma,avtomobil tələbləri, uyğunluq kriteriyaları və digər əsasməlumatları əhatə edən ayrıca bir səhifə dərc olunacaq. Eynizamanda hər bir sürücü onlara təqdim edilən link vasitəsiləkateqoriyalar üzrə tələb olunan avtomobil markalarının siyahısı ilətanış ola biləcək. Hər hansı şikayət, təklif və suallarla bağlıbizimlə əlaqə saxlamaq istəyənlər üçün [email protected] emailünvanı işə salınıb. Bu yol, bütün müraciət və şikayətlərin vahidkanal üzərindən daha səmərəli şəkildə cavablandırılmasına və idarəolunmasına imkan verəcək", - deyə şirkətdən məlumat verilib