AZ

“Dəvət edə bilmədiyim bəzi futbolçuları da millidə görmək istərdim”

“Oyundan oyuna daha yaxşı olmağa çalışacağıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında gənclər yığmasının baş məşqçisi Ayxan Abbasov deyib.

Martda AFFA ilə 2 illik müqavilə imzalamış çalışdırıcı milli daxilindəki ab-havadan danışıb:

"Oynayan-oynamayan hər kəsdə komanda ruhunu gördüm. Bura milli komandadır.

İlk növbədə milli ruh vacibdir. Ən yüksəkdə olmalıdır. Bunu artırmalıyıq.

Gənc futbolçulardır, sabah məğlub da ola bilərik. Ancaq istək daimi olmalıdır.

Sıx qrafikə öyrəşməliyik. Yay toplanışından sonra rəsmi oyunlarımız başlayacaq.

İnşallah, qarşıdakı toplanışda bu dəfə dəvət edə bilmədiyim bəzi futbolçuları da heyətdə görmək istərdim. Bəzi oyunçuları yaxından gördüm, daha yaxşı tanıdım.

Bəzi gəncləri dəvət etmişik. Onlar üçün də özlərindən 3 yaş böyük futbolçularla məşq etmək, oynamaq çox yaxşıdır. Bu yöndə işimizi davam etdirəcəyik".

Yığmanın ilk toplanışı martın sonunda keçirilib.

Həmin vaxt Türkiyənin Antalya bölgəsinə yollanan kollektiv hazırlıq prosesi çərçivəsində iki yoolaşlıq matçında qüvvəsini sınayıb.

U-21 Moldovaya 2:0 hesabı ilə qalib gəlibsə, Şimali Makedoniya ilə duel qolsuz bitib.

Seçilən
0
sportinfo.az

1Mənbələr