ABŞ prezidenti Donald Tramp iki həftə ərzində dərmanlara gömrük rüsumları tətbiq edəcək.
Publika.az xəbər verir ki, Tramp reseptlə satılan dərmanlar üçün yerli istehsalın yenidən qurulmasını asanlaşdırmaq məqsədilə sərəncam imzalayıb.
Sözügedən sərəncam iki həftə ərzində qüvvəyə minəcək. Tramp bunun digər ölkələrdəki əczaçılıq şirkətlərinə öz obyektlərini ABŞ-a köçürməsi üçün imkan yaradacağını bildirib:
"Bunu eşidəndə Çini tərk edəcəklər. Satmaq məcburiyyətində olduqları üçün başqa yerləri tərk edəcəklər. Məhsullarının çoxu burada satılır".
Bundan bir müddət əvvəl Tramp şirkətlərin ABŞ-da istehsal etdikləri təqdirdə tariflərlə üzləşməyəcəyini bildirmişdi.