AZ

Hindistan çoxməqsədli sualtı minanı sınaqdan keçirib

Hindistan Hərbi Dəniz Qüvvələri və Müdafiə Tədqiqatları və İnkişaf Təşkilatı çoxməqsədli sualtı dəniz minasını sınaqdan keçirib.

7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Hindistan Hərbi Dəniz Qüvvələri ölkədə hazırlanmış nəzərə çarpmayan gəmilərə və sualtı qayıqlara qarşı nəzərdə tutulmuş ultramodern sualtı dəniz minası ilə uğurlu döyüş atışları keçirib", - nazirlikdən bildirilib.

Hindistanın müdafiə naziri Racnat Sinqh vurğulayıb ki, bu Hindistan Hərbi Dəniz Qüvvələrinin sualtı müharibə aparmaq imkanlarını daha da artıracaq.
 
 

Seçilən
0
1
7news.az

2Mənbələr