AZ

Qırmızıda keçib qəza törətdi, işıqfor qırıldı HADİSƏ ANI

Lent az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakıda qəza zamanı işıqfor yararsız hala düşüb.

Bu barədə Lent.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, hadisə paytaxtın Suraxanı rayonu, Cəlal Qurbanov və Etibar Bəkirli küçələrinin kəsişməsində baş verib. Yolayrıcında olan işıqforun qırmızı işığında keçən minik avtomobili əvvəlcə hərəkətdə olan nəqliyyat vasitəsinə, sonra isə piyada işıqforuna çırpılıb. 

Yararsız vəziyyətə düşən piyada işıqforunun yenisi ilə əvəzlənməsi işləri görülür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
17
icma.az

10Mənbələr