AZ

Britaniya və Fransa Putinə müraciət etdi Atəşkəs üçün

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Böyük Britaniyanın baş naziri Keir Starmer Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb, liderlər Ukraynadakı vəziyyəti müzakirə ediblər.

“AzPolitika” xəbər verir ki, Böyük Britaniya hökumətinin saytında yayılan məlumatda belə deyilir.

Orada qeyd olunur ki, Britaniya və Fransa başçıları Rusiyanı 30 günlük atəşkəslə razılaşmağa çağırıblar.

Böyük Britaniyanın baş naziri qeyd edib ki, Ukrayna dinc dialoqa hazır olduğunu nümayiş etdirir və müharibənin dayandırılmasında maraqlı tərəf olaraq qalır.

Məlum olduğu kimi, Rusiya Amerika Birləşmiş Ştatlarının təklif etdiyi və Ukraynanın dəstəklədiyi 30 günlük atəşkəs təşəbbüsünü dəstəkləməkdən imtina edib. Əvəzində, Qələbə paradı ilə bağlı 3 günlük atəşkəs bəyan edib ki, Ukrayna tərəfi də bunu qeyri-ciddi addım və siyasi manipulyasiya hesab edərək, atəşkəsi rədd edib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
icma.az

1Mənbələr