AZ

“Son hadisələr Türkiyə və İsrail münasibətlərini yenidən gərginləşdirib” -ŞƏRH

İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana gözlənilən səfəri ləğv edildi. Rəsmi dairələr mayın 7-nə planlaşdırılan  səfərin İsrail tərəfindən ləğv edildiyini bəyan edib. İsrail Baş naziri ofisinin yaydığı məlumatda deyilir ki, Qəzza zolağında və Suriyada baş verən hadisələr, eləcə də siyasi hadisələrin gərgin qrafiki və təhlükəsizlik tədbirləri səbəbindən Netanyahu Azərbaycana səfərini başqa tarixə təxirə salmaq qərarına gəlib.

Baş nazir dəvətə görə Prezident İlham Əliyevə təşəkkür edib və iki ölkə arasında mövcud olan isti münasibətləri yüksək qiymətləndirib. Səfər ərəfəsində isə məlum oldu ki, Türkiyə B.Netanyahunun Azərbaycana gəlişi üçün öz hava məkanından istifadə etməsinə icazə verməyib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keçeli jurnalistlərə açıqlamasında deyib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Səfərin təxirə salınmasının səbəbləri barədə politoloq Arzuman Muradlı ilə həmsöhbət olduq.

Politoloq hesab edir ki, bu səfərin təxirə salınması İsrail Baş naziri ofisinin yaydığı məlumatda öz əksini tapır.

“Burada hansısa başqa bir amili qabartmaq düzgün deyil. Son günlər regionda vəziyyət bir az da qarışıb. Hesab edirəm ki, bu səfər sırf təhlükəsizlik baxımından ləğv edilib.” -deyə Arzuman Muradlı qeyd edib.

Politoloq bildiribr ki, süsusilə də Suriyada son günlərdə durum kritik həddə çatıb.

“İsrailin daxilində də Netenyahu hökumətinə qarşı etiraz səsləri getdikcə artıq. Bu da başadüşüləndir. İsrail xalqı müharibə istəmir və sakit və firafan bir ölkə istəyir. Müharibə böyük maliyyə sərfi, canlı qüvvə itkisi deməkdir. Həmçinin rəsmi Təl- Əviv Suriya ilə münasibətlərə də tam aydınlıq gətirmək istəyirlər. Ehtimal olunurdu ki, onun Bakıya səfəri zamanı Türkiyə Prezidenti ilə də görüş baş tuta bilər. Bir müddət əvvəl İsrail və Türkiyə rəsmilərinin Bakıda qeyri-rəsmi görüş keçirdiyi barədə məlumatlar yayılmışdı. Lakin Suriyada baş verən son hadisələr Türkiyə və İsrail münasibətlərini yenidən gərginləşdirib. ”.-deyə Arzuman Muradlı bildirib.

Seçilən
0
moderator.az

1Mənbələr