AZ

"Santander Bank" Polşa aktivlərini 7 milyard avroya satır

Bazar dəyərinə görə avrozonanın ən böyük bankı olan İspaniyanın "Santander Bank"ı Polşadakı aktivlərinin böyük hissəsini Avstriyanın "Erste Group"a satacaq. 

Valyuta.az xəbər verir ki, bu, şirkətin tarixində ən böyük sövdələşmə olacaq.

"Erste Group" təxminən 7 milyard avroya Polşada fəaliyyət göstərən "Santander Bank Polska"nın 49%-ni və aktivlərin idarə edilməsi biznesi "Santander TFI"nin 50%-ni alacaq. "Santander" aktivlərin satışından əldə edilən gəliri 3,2 milyard avro məbləğində səhmlərini geri almaq, həmçinin fəaliyyət göstərdiyi bazarlarda investisiyalar üçün istifadə etmək niyyətindədir. Bəzi aktivlərin satışından sonra "Santander" Polşa bölməsində 13%-ni saxlayacaq.

Razılaşma "Santander"in son illərdə Avropadakı əməliyyatlarını azaltmaq və ABŞ və Amerikada mövcudluğunu genişləndirmək planlarına uyğundur. Eyni zamanda, Avstriyanın "Erste Group" Mərkəzi və Şərqi Avropa bazarlarında iştirakını genişləndirir. Müqavilə Avstriyadan kənarda "Erste Group" müştərilərinin sayını 18 milyona, potensial müştərilərin sayını isə demək olar ki, 78 milyona çatdıracaq.

"Santander Bank" səhmləri İspaniyada ticarətə 0,13% artımla reaksiya verib, ilin əvvəlindən 44% dəyər qazanıb. "Erste Group" səhmləri 7% bahalaşıb.

Paşa Məmmədli

Seçilən
0
valyuta.az

1Mənbələr