Misirdən Moskvaya uçan rus turistlər Sankt-Peterburqda ilişib qalıblar. Aviaşirkət hər şeyi dron hücumu ilə izah edərək reysi gecikdirir.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Eyni zamanda, Moskva hava limanları artıq 2 saatdır ki, açıqdır. Xurqadadan uçuş saat 22:00-a planlaşdırılıb və təxminən saat 3:00-da “Xalça” planına görə təyyarə Sankt-Peterburqa enməli olub.
Aviaşirkət nümayəndələri sərnişinlərlə əlaqə saxlamır, onlara yemək və su vermirlər. Eyni zamanda, göyərtədə bütün əsas tur operatorlarından turistlər var.
Təyyarədə ilişib qalan turistlərin dediyinə görə, bütün müddət ərzində aviaşirkət yanacaq doldurmaq barədə razılığa gələ bilməyib.
Xuraman Etibarlı
İnterpress.az