AZ

NBA-da 2024-2025-ci illər mövsümünün ən yaxşı baş məşqçisi açıqlanıb

Bakı, 6 may, AZƏRTAC

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) 2024-2025-ci illər mövsümünün ən yaxşı baş məşqçisi məlum olub.

AZƏRTAC NBA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada “Klivlend Kavalyers”ə başçılıq edən Kenni Atkinson layiq görülüb. O, səsvermədə “Detroit Pistons”dan Cey Bi Bikerstaffı qabaqlayıb.

Amerikalı mütəxəssis ötən ilin yayında “Klivlend Kavalyers”in baş məşqçisi təyin edilib. Komanda müntəzəm mövsümü 64 qələbə və 18 məğlubiyyətlə başa vuraraq pley-offa yüksəlib.

 

Seçilən
0
1
azertag.az

2Mənbələr