AZ

Elektron resept sistemində texniki problemlər yarandıqda nə etmək lazımdır?

Bakı. Trend:

Elektron Resept Sistemində texniki nasazlıqlar və ya funksionalçətinliklər müşahidə olunduqda, ilkin olaraq istifadəçi – istərhəkim, istərsə də sistem operatoru – problemin xarakterinidəqiqləşdirməli və mümkün olduğu qədər texniki səbəbi müəyyənetməyə çalışmalıdır.

Trendxəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlamradio”da Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmovaaçıqlayıb.

Onun sözlərinə görə, əgər nasazlıq istifadəçinin öz cihazı,internet bağlantısı və ya proqram təminatı ilə əlaqəli deyilsə, buhalda yaranmış nasazlığın aradan qaldırılması məqsədilə SəhiyyəNazirliyinin Elektron Səhiyyə Mərkəzinin rəsmi dəstək kanallarıkimi fəaliyyət göstərən 814 Çağrı Mərkəzinə zəng edilməsi, e-poçtvasitəsilə [email protected], eyni zamanda whatsapp xəttindən055 531 38 28 nömrəsinə yazılı şəkildə müraciət edilməsi tövsiyəolunur:

“Texniki problem yarandıqda təfərrüatlı şəkildə qeydə alınması,xəta mesajının məzmunu, sistemə daxilolma tarixi, istifadə olunancihaz və əməliyyat sistemi kimi texniki məlumatlar qeydedilməlidir. Müraciətdə problemin mümkün qədər konkret təsviriElektron Səhiyyə Mərkəzi tərəfindən daxil olan müraciətlər sistemiüzrə qeydiyyata alınır və mümkün olan ən qısa müddət ərzindəaraşdırılır. Nasazlığın səviyyəsindən asılı olaraq, texniki qrupməsələni yerində və ya məsafədən müdaxilə yolu ilə həll edir”.

Mütəxəssis sonda qeyd edib ki, bu yanaşma sistemin fasiləsizfəaliyyətinin təmin olunmasına, tibbi xidmətlərin keyfiyyətininqorunmasına və istifadəçi məmnuniyyətinin yüksəldilməsinəyönəlib:

“Elektron Resept Sistemi üzrə texniki dəstək proseslərinindavamlı təkmilləşdirilməsi səhiyyə sistemində rəqəmsaltransformasiyanın effektivliyini artıran əsas elementlərdənbiridir”.

Məqalədə:
Seçilən
0
4
az.trend.az

5Mənbələr