AZ

Millimizin futbolçusu Rusiya çempionatının rəmzi komandasında

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva Rusiya Qadınlar Liqasında 8-ci turun simvolik “11-liy”inə düşüb.

Msport.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.

“Zenit”in şərəfini qoruyan Mirzəliyeva “Rubin”lə görüşdəki performansına görə rəmzi komandaya seçilib. Həmin matçda “Zenit” 2:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, “Zenit” hazırda Rusiya çempionatında 17 xalla 13 komanda arasında 3-cü pillədədir.

Seçilən
0
msport.az

1Mənbələr