Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Kırşehir Ahi Evran Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu çərçivəsində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi və BDU-nun Keyfiyyət Təminatı Mərkəzinin təşkilatçılığı ilə "Ali təhsildə keyfiyyət təminatı sistemi" mövzusunda dörd günlük təlimlərə başlanılıb.BDU Mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, təlim proqramı Kırşehir Ahi Evran Universitetinin təcrübəli ekspertləri tərəfindən həyata keçirilir. Proqramda BDU ilə yanaşı, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti və Gəncə Dövlət Universitetinin nümayəndələri də iştirak edir.Təlimin açılışında BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov universitetlərdə effektiv və dayanıqlı keyfiyyət təminatı sistemlərinin qurulmasının əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə beynəlxalq əməkdaşlığın önəmini qeyd edib.Daha sonra çıxış edən Kırşehir Ahi Evran Universitetinin prorektoru Hüseyn Şimşek təlimin məqsəd və hədəfləri barədə ətraflı məlumat verib, Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini diqqətə çatdırıb.Bu təşəbbüs Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində strateji əməkdaşlığın möhkəmləndirilməsinə, keyfiyyət təminatı sahəsində davamlı inkişaf və təcrübə mübadiləsinin təşviqinə mühüm töhfə verəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta