İspaniyanın "Barselona" klubu mövsümün sonunda futbolçusu Ansu Fati ilə yollarını ayıracaq.
"Report" xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.
22 yaşlı vinger Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flikin planlarına daxil deyil. İspan oyunçu La Liqanın sonuncu turunda "Valyadolid"ə qalib gəldikləri (2:1) görüşdə iştirak etsə də, çıxışı ilə alman mütəxəssisi məyus edib.
Qeyd edək ki, Ansu Fati cari mövsüm "Barselona"nın heyətində 11 oyuna çıxıb.